Tel.: (+994 50) 300-96-69

Email:

Çox soruşulan suallar

Sual: - Hansı oynağlara protez qoyula bilir?

Cavab: Ən çox diz, bud-çanaq oynaqlarına protez qoyulur, lakin daha az olmaqla çiyin, dirsək, ayaq biləyi oynaqlarına da tətbiq edilir.

Sual: - Hansı səbəblərdən bud-çanaq və diz oynaqlarında daha çox artroplastika edilir?

Cavab: Xüsusi ilə yaşlı xəstələrdə sümük əriməsinə (osteoporoz) bağlı yüngül yıxılmaqla da bud sümüyü boynu sına bilir. Yaşlı ınsanlarda bud sümüyü boynunun sınıqlarında protez əməliyyatı ilə tez bir zamanda xəstəni ayağa qaldırmaq mümkündür. Bundan başqa xalq arasında oynaqların "duzlaşması", "kirəclənməsi" olaraq bilinən, bizim Osteoartrit dediyimiz yaşlılıq xəstəliklərinin kökdən, son müalicəsi artroplastikadır. Ayrıca oynağa yaxın yerləşən onkoloji xəstəliklərdə də oynağın tamamını və ya bir qismini almaq lazım olarsa oynaq protezləri qoyulur.

Bilirsinizmi?

randevu-photo

Hər 1000 yeni doğulan uşaqdan ikisində Bud-Çanaq Oynağının Displaziyası aşkar edilməkdədir!

 

Bədən çəkisi əlavə 1 kq artdıqca - dizlərə əlavə 3 kq, bud-çanaq oynaqlarına 6 kq artıq yük düşür!

 

Sümük sıxlığı 30 yaşında maksimum həddə çatır. 30 yaşdan sonra sümük sıxlığı azalmağa başlayır. Ona görə qida rasionunuzda kalsium və D vitamini bol olmalıdır. Müntəzəm idmanla məşğul olmaqda da fayda var!