Tel.: (+994 50) 300-96-69

Email:

Artroplastika Əməliyyatı

 11.12.2015 - 18:38    1167
  • 11 Dek 2015
  • 18:38
  •  1167

Artroplastika; sadə tərifi ilə "süni oynaq qoyulması əməliyyatı" mənasına gəlir. Bir oynaq müalicəyə cavab verməyəcək qədər ağrılı olub, funksiyasını itirdiyi demək olar ki, bütün hallarda süni oynaq yerləşdirilir. Ciddi bir sınıqdan sonra oynaq düzəlməyəcək şəkildə zədələnibsə (və digər müalicə metodlarına cavab vermirsə), oynaq qığırdağı irəli dərəcədə degenerasiya görübsə (yaşlı insanlarda diz və bud-çanaq oynağının ağrı və hərəkət məhdudluğuna yol açan ən əsas səbəb budur), sümük və oynaq törəmələri səbəbi ilə oynağın tamamını və ya bir hissəsini almaq lazımdırsa, süni oynaq əməliyyatı icra edilir.

Süni oynaq implantları adətən metal və polietilen materialdan düzəldilmiş protezlərdir. Yeni texnologiyalarla hazırlanmış protezlər təcrübəli əllərdə istifadə edildiyində çox uğurlu nəticələr əldə edilir.

Artroplastika günümüzdə həyat keyfiyyətini artıran ən önəmli cərrahiyyə əməliyyatlarından sayılmaqdadır.

Bu movzuda xəstələri maraqlandıran bəzi suallar və cavablar aşağıda təsvir edilmishdir.

Sual: - Hansı oynağlara protez qoyula bilir?

Cavab: Ən çox diz, bud-çanaq oynaqlarına protez qoyulur, lakin daha az olmaqla çiyin, dirsək, ayaq biləyi oynaqlarına da tətbiq edilir.

Sual: - Hansı səbəblərdən bud-çanaq və diz oynaqlarında daha çox artroplastika edilir?

Cavab: Xüsusi ilə yaşlı xəstələrdə sümük əriməsinə (osteoporoz) bağlı yüngül yıxılmaqla da bud sümüyü boynu sına bilir. Yaşlı ınsanlarda bud sümüyü boynunun sınıqlarında protez əməliyyatı ilə tez bir zamanda xəstəni ayağa qaldırmaq mümkündür. Bundan başqa xalq arasında oynaqların "duzlaşması", "kirəclənməsi" olaraq bilinən, bizim Osteoartrit dediyimiz yaşlılıq xəstəliklərinin kökdən, son müalicəsi artroplastikadır. Ayrıca oynağa yaxın yerləşən onkoloji xəstəliklərdə də oynağın tamamını və ya bir qismini almaq lazım olarsa oynaq protezləri qoyulur.

Sual: - Protez əməliyyatı riskləri və ağırlaşmaları varmı?

Cavab: Bu əməliyyatlar yüksək texnologiya ilə, usta cərrahlar tərəfindən olunarsa ağırlaşma ehtimalı azdır. Nadir də olsa əməliyyat sonrası infeksiya, protezin yerindən oynaması, dərin venaların trombozu kimi ağırlaşmaların ola biləcəyi ciddi əməliyyatlardır.

Sual: - Protezlərin ömrü nə qədərdir?

Cavab: Uyğun qaydada qoyularsa ən az 10 il. Ancaq yeni nəsil daha yeni texnologiya ilə hazırlanan protezlərin 30 ilə dək problemsiz qaldığı düşünülməkdədir. Xəstələr bu müddətdə ağrısız, axsamadan, hərəkətli yaşam tərzi sürə bilir.

Sual: - Artroplastikanın yaş məhdudiyyəti varmı?

Cavab: Bu əməliyyatlar adətən yaşlılarda edilir. Çünki oynaq qığırdağı zədələnməsi yaşlı insanların xəstəliyidir. Əgər digər konservativ müalicə üsulları tətbiq edilmiş və sağalma olmamışsa, xəstənin günlük həyatına ciddi dərəcədə təsir edən, həyat keyfiyyətini ciddi azaldan şikayətləri varsa hansı yaşda olursa olsun cərrahiyyə düşünülə bilər.

artoplastika-1