Tel.: (+994 50) 300-96-69

Email:

Skolioz, əlamətləri və müalicəsi

 11.12.2015 - 09:35    4421
  • 11 Dek 2015
  • 09:35
  •  4421

Skolioz hər yaşda ola bilsə də ən çox qızlarda və yeniyetməlik çağında rastlanır. Erkən müalicə önəmlidir. Artmamış skoliozlarda daha uğurlu nəticələr əldə edilir. Valideynlər uşaqların onurğa inkşafına diqqət etməli, əgər şüphə olarsa həkimə müraciət etməlidirlər.

Skolioz onurğanın üç ölçülü fəzada əyriliyidir. Normal onurğa öndən və ya arxadan baıldığında düzdür. Yanlardan baxıldığında onurğa döş bölgəsində arxaya (kifoz) və bel bölgəsində önə (lordoz) doğru normal əyriliyi vardır. Skoliozda ön-arxa planda əyrilik olur. Bununla bərabər onurğa fəqərələri öz oxu ətrafında döndüyü üçün (rotasiya) önə əyilərkən döş və ya bel nahiyyəsində bir tərəf digərindən yüksək olduğu görülür (Şəkiə bax).

skolioz-site-2

Anadangəlmə onurğa fəqərəsi anomaliyasına bağlı olaraq doğumdan sonra görülə biləcəyi kimi, yeniyetmə çağında səbəbi bilinmədən də ortaya çıxa bilər. Anadangəlmə skolioz bir fəqərənin pazvari, kəpənəkşəkilli olması və ya böyüməyə mane olan bitişmələri nəticəsində baş verir. Çox ciddi əyriliyə yol açar, doğulduqdan bir neçə il sonra hiss edilə bilər. Səbəbi məlum olmayan, idiopatik dediyimiz skolioz daha çox yeniyetməlik çağında, daha çox qız uşaqlarında onurğada artan əyrilik şəklində qarşımıza çıxar. Uşaq serebral iflici, bəzi sindromlar, əzələ xəstəliklərində də skolioz görülməkdədir.

Skoliozun əlaməti önə əyilərkən kürək sümüklərinin hündürlük fərqi, çiyinlərin və çanağın asimmetriyası və gözlə görülən onurğada yana əyilmədir. Ancaq, skolioz normal uşaqlarda duruş pozulması ilə qarışdırılmamalıdır. Hər 10 həddibuluğ çağındakı uşaqdan birində hər hansı bir dərəcədə skolioz görülür. Bunların bir çoxunda müalicəyə ehtiyac olmayacaq dərəcədə yüngül skolioz aşkarlanır. Ancaq, əyrilik arta biləcəyi üçün bu uşaqlar həkim nəzarətində olmalıdırlar. 25-45 dərəcə aralığında əyriliklərdə korset istifadəsi ilə əyrilik artımı əngəllənməyə çalışılır. 45 dərəcədən daha çox skoliozların müalicəsi cərrahi yolladır.