Tel.: (+994 50) 300-96-69

Email:

Bud-çanaq oynağının anadangəlmə çıxığı

 11.12.2015 - 19:00    1018
  • 11 Dek 2015
  • 19:00
  •  1018

İndiki adı bud-çanaq oynağının inkşafi displasiyası, ölkəmizdə çox rastlanan sosial bir problemdir. Xüsusilə ailə hekayəsi olan, sağrı gəlişi ilə doğulan, bələkləmə edilmiş və yanaşı ortopedik anomaliyaları olan uşaqlarda sıx olaraq görülür. Bu səbəblə risk faktorları olan uşaqlar erkən zamanda (4-12. həftəlik ikən) ultrasəs müayinəsi olunmalıdırlar. Erkən diaqnozu qoyulmuş uşaqların cərrahiyyəsiz üsullarla uğurlu müalicəsi mümükündür. Gec aşkarlanmış hallarda cərrahiyyi müalicəyə qaçılmaz olur.

Risk faktorları aşağıda göstərilmişdir :

  • ilk uşaq, qız uşaqları;
  • hamiləlikdə oligohidramnios (su azlığı) olması;
  • sağrı gəlişi ilə doğulmaq;
  • bərabərində boyun əyriliyi və ya ayaq şəkil pozuqluğu olması;
  • ailə hekayəsinin varlığı;
  • uşağın qısa müddətdə belə bələklənmiş olması;

Doğum sonrası ayaqların yana simmetrik açılmaması və ya iki tərəfli yetərli açılmaması (abduksiya məhdudluğu), aşağı ətraflar arasında uzunluq fərqi, bud büküşlərinin asimmetrik görünməsi ailəni xəbərdarıq edən faktorlardır və bu hallarla qarşılaşıldığında uşaq ortopedinə müraciət edilməlidir.

vroj-vyv-bedra-2